Dünyanın Bağdadi müəmması: Ölüb, yoxsa...

2-09-2017, 10:21           

İŞİD-ə qarşı koalisiyanın amerikalı komandanı Stefen Tounsend Rusiyanın öldürdüyünü iddia etdiyi terror təşkilatının lideri Əbubəkr Bağdadinin yaşadığını deyib.

Axar.az xəbər verir ki, koalisiya komandanı Bağdadinin yaşadığına dair məlumatlar gəldiyini bildirib.

Bağdadinin öldürüldüyünü açıqlayan Rusiya bu ehtimalın hətta 100 faizə yaxın olduğunu bildirmişdi. Daha sonra açıqlama verən ABŞ rəsmiləri isə əllərində terrorçu liderin ölümü ilə bağlı məlumatın olmadığını qeyd etmişdilər.

İran da İŞİD liderinin ölümünü bir neçə fərqli mənbədən təsdiqləndiyini bildirmişdi.

Amma Tousend Bağdadinin öldürüldüyünə dair tutarlı faktlar omadığını bildirib. Onun sözlərinə görə, İŞİD lideri İraqın qərbindəki Rava qəsəbəsi ilə Suriyanın şərqindəki Deyr əz Zor arasındakı bir bölgədə gizlənir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru