Məhəmməd peyğəmbər zəng vuraraq ziyafətə gəlməyəcəyini dedi – Dinləri təhqir edən çarx çəkildi

12-09-2017, 21:19           
Məhəmməd peyğəmbər zəng vuraraq ziyafətə gəlməyəcəyini dedi – Dinləri təhqir edən çarx çəkildi
Reklam qısa müddət ərzində dini inanclar təhqir edildiyi üçün sərt bir reaksiya ilə qarşılaşıb.

Ət məhsullarının reklamı üçün çəkilən videoçarx dini inanclı insanlar tərəfindən narazılıqla qarşılanıb.

GoldNews.Az xəbər verir ki, Avstraliyada “Meat & Livestock Australia” (MLA) adlı ət və ət məhsulları şirkəti televiziyada yayımlanan reklamlarında müxtəlif inanc fiqurlarının təsvirlərindən istifadə ediblər.

Məhəmməd peyğəmbərin telefonla zəng edərək ziyafətə gəlməyəcəyini dediyi reklamda Xristianlığın peyğəmbəri İsa, Buddizmin qurucusu Budda və Scientologinin qurucusu L. Ron Habbard bir stol ətrafında oturub, söhbət edərkən qarşılarındakı quzu ətini yeyirlər.

Reklamın yığışdırılması üçün internet üzərindən aparılan imza kampaniyasında qısa müddət ərzində 4400-dən çox insan iştirak edib.

Avstraliya Hindu Şurası insanlara ət yeməyi təşviq etmək üçün “Ganesha təsviri” istifadə etməyin kobud və alçaldıcı olduğunu ifadə edən bəyanat yayıb.

Hindistandanda da Avstraliyaya qarşı etiraz keçirilib və reklamın efirdən yığışdırılması tələb edilib.

Ət şirkəti isə məqsədlərinin heç vaxt narahatlıq vermək olmadığını, ətlərinin fərqli mədəniyyətlər tərəfindən istifadə edildiyini qeyd etmək istədiklərini ifadə edən bəyanat yayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.