Meksikada zəlzələ qurbanlarının sayı 230-a çatıb

21-09-2017, 08:09           
Meksikada zəlzələ qurbanlarının sayı 230-a çatıb
Meksikada baş vermiş zəlzələ qurbanlarının sayı 230 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "TASS" respublikanın mülki müdafiə qüvvələrinin milli koordinatoru Luis Felipe Puenteyə istinadən məlumat yayıb.
O, "Twitter"də bildirib ki, 230 nəfər güclü zəlzələnin qurbanı olub.
"Mexikoda ölənlərin sayı 100-ə qədər artıb. Ümumi say (ölənlərin - red) 230 nəfərdir", - deyə o yazıb.
Meksikanın Milli Seysmologiya Mərkəzinin məlumatına görə, 7,1 bal gücündə zəlzələnin episentri Mexikodan 111 kilometr cənubda yerləşib. Zəlzələdən sonra 10-dan çox yeraltı təkan qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru