Ötən il İngiltərədə oğlanlara verilən ən məşhur adlardan biri Məhəmməd olub

21-09-2017, 08:33           
Ötən il İngiltərədə oğlanlara verilən ən məşhur adlardan biri Məhəmməd olub
Ərəb əsilli ad olan Məhəmməd İngiltərədə oğlanlara verilən ən məşhur adlardan biridir.
"Report" "Mignews".com-a istinadən xəbər verir ki, Milli Statistika İdarəsinin tərtib etdiyi sıralamada bu ad 8-ci yer tutur.
Ötən il İngiltərə və Uelsdə Məhəmməd adı 3908 oğlana verilib. Bundan əlavə, London və Uest-Midlendsdə də bu ad ən populyar ad olub.
Qeyd edək ki, İngiltərə və Uelsdə populyarlığa görə birinci yeri Oliver adı tutur. İkinci yerdə Harri, üçüncü yerdə isə Corc adı qərarlaşıb. Sonrakı yerləri Cek və Ceykob tutur.
Qadınlar arasında sıralamada ilk iki yerdə Oliviya və Ameliya qərarlaşıb. Belə ki, Oliviya adı İngiltərə və Uelsdə yeni doğulmuş qız uşaqları arasında Ameliya adını qabaqlayıb.
Maraqlıdır ki, ötən il Məhəmməd İsraildə də oğlanlara verilən ən populyar ad olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru