Nyu-Yorkda “altılıq” ölkələri və İran arasında görüş keçirilib

21-09-2017, 08:39           
Nyu-Yorkda “altılıq” ölkələri və İran arasında görüş keçirilib
Nyu-Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində “altılıq” ölkələri və İran arasında görüş keçirilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, mətbuata qapalı keçirilən görüş xarici işlər nazirləri səviyyəsində aparılıb.

Məlumata əsasən, ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, Almaniya, Çin və İran XİN rəhbərləri İranın nüvə proqramına dair əldə olunmuş razılaşma ətrafında müzakirələr aparıblar.

Qeyd olunur ki, görüşdən əvvəl nazirlər hər hansı açıqlama ilə çıxış etməyiblər.

İran və “altılıq” ölkələri arasında Tehranın nüvə proqramı ilə bağlı problemin nizamlanması barədə tarixi saziş 2015-ci ilin iyulun 14-də imzalanıb.

BMT TŞ, ABŞ və Aİ-nin İran üzərindən sanksiyaların götürülməsini nəzərdə tutan birgə hərtərəfli tədbirlər planı 2016-cı ilin yanvarın 16-da qüvvəyə minib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.