Cozef Dandorf ABŞ-ın Qərargah Başçıları Komitəsinin sədri vəzifəsinə təsdiq edilib

28-09-2017, 09:03           
Cozef Dandorf ABŞ-ın Qərargah Başçıları Komitəsinin sədri vəzifəsinə təsdiq edilib
ABŞ Senatı Cozef Dandorfun namizədliyini Qərargah Başçıları Komitəsinin sədri vəzifəsinə təsdiq edib.
"Report" "TASS"a istinadən xəbər verir ki, C. Dandorf ikinci müddətə bu vəzifyə təyinat alıb.
Qərargah Başçıları Komitəsinin sədri təkcə ABŞ prezidentinin əsas hərbi məşləhətçisi yox, həmçinin müdafiə naziri və Milli Təhlükəsizlik Şurasında məsləhətçi olacaq. Bu, ölkənin Silahlı Qüvvələrində ən ali vəzifədir.
Onun əsas vəzifəsi ölkənin mülki rəhbərliynə hərbçilərin bu və ya diqər məsələlərə aid mövqelərini çatdırmaqdır.
Qərargahlar Başçıları Komitəsinin sədri planlaşdırıcı və məşvərət orqanıdır. O, qoşunların idarə edilməsi ilə bağlı birbaşa səlahiyyətlərə malik deyil. ABŞ prezidenti namizədi 2 il müddətinə bu vəzifəyə təyin edilir. Komitə sədrin səlahiyyət müddəti həmin müddətə uzadıla bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru