Çin milyarderlərin cehiz çılğınlığı

28-09-2017, 09:25           
Çin milyarderlərin cehiz çılğınlığı
Çinin ən böyük şirkətlərindən birinin sahibi olan Vu Duanbiao, qızına aldığı toy hədiyyələri ilə heyrət doğurur.

Ölkənin cənubundakı Jinjiang şəhərində qızı üçün təşkil etdiyi 8 günlük toy dillərə dastan olub. Qızına toy hədiyyəsi olaraq dörd qutu qızılla “Porcshe” və “Mercedes” markalı iki lüks maşın hədiyyə edən Duanbiao sürətini ala bilmədiyi üçün qızının yatağına 3 milyon dollarlıq bir bank kitabçası qoyub. 16 milyon dollarlıq şirkət səhmini transfer etməyi yaddan çıxarmayan fabrik sahibinin hədiyyə siyahısında villa və dükanlar da əskik olmadı. Səxavətli ata son olaraq uğur gətirsin deyə iki xeyriyyə təşkilatına 10 milyon dollar da bağışladı. Çin mediasına görə, ixracat sayəsində varlanan Jinjiang şəhərində son illərdə milyarder iş adamlarının “cehiz rəqabət” əndazəsini aşdı. Bu şəhərdə tekstil fabriki olan iş adamı keçən ay qızına buna bənzər bir cehiz hazırlamışdı.

Yerli mediaya açıqlama verən gəlinin anası isə “tək arzumuz uşağımızın bizimkindən daha yaxşı bir həyata sahib olmasıdır” deyib.

Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru