DUBAYI KÖLGƏDƏ QOYACAQ LAYİHƏ HAZIRLANIB – İLK DƏFƏ – FOTO

28-09-2017, 10:43           

Belçikada Dubayı kölgədə qoyacaq layihə hazırlanıb.

teref.az xəbər verir ki, məşhur memar Vinsent Kallebot turizm layihəsi əsasında maraqlı ideya irəli sürüb. O günəş sistemini xatırladacaq, öz oxu ətrafında fırlanaraq enerji istehsal edən ekoloji otel layihəsi hazırlayıb.

“Nautilus Eco-Resort” adlanan layihəyə 12 müxtəlif hündürlüyə malik spiralı xatırladan binalar daxildir. 12 binadan ibarət olacaq otel 360 dərəcə fırlana biləcək.

Memar layihə ilə bağlı açıqlamasında qeyd edib ki, binaların üzərində quraşdırılan fotoelektrik panelləri 24 saat ərzində günəş enerjisini toplayacaq və bu enerji vasitəsilə hərəkətə keçəcək. Bu isə otel kompleksində istifadə edilən enerjini tam olaraq qarşılayır.

Eyni zamanda, Günəş enerjisindən başqa, ekooteldə quraşdırılan turbinlər vasitəsi ilə sudan alınan enerji də istifadə ediləcək. (publika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru