"Zibil adaları" yeni ölkə kimi tanınmaq istədi - BMT-ə MÜRACİƏT

28-09-2017, 15:42           
"Zibil adaları" yeni ölkə kimi tanınmaq istədi - BMT-ə MÜRACİƏT
Sakit okeanda zibil yığınından yaranan ada artıq Fransa böyüklüyündədir.

Bakipost.az xarici KİV-ə istinadən xəbər verir ki, belə bir vəziyyətdə Plastic Oceans Foundation LadBible adlı xəbər və əyləncə saytı ilə birgə adanın ölkə olaraq tanınmasını tələb edib.

Layihəyə görə, yerini müntəzəm olaraq dəyişən və "Zibil adaları” olaraq adlandırılacaq yeni ölkənin öz hökuməti olacaq, digər ölkələrlə əlaqələr quracaq.

Ölkənin bayrağı, pasportu, pul vahidi belə hazırdır.

Artıq ilk vətəndaşa pasport da verilib. ABŞ-ın keçmiş vitse-prezidenti Al Qore də adaların fəxri vətəndaşı adını qəbul edib. 100 mindən çox könüllü isə vətəndaşlıq üçün müraciət edib.

"Zibil adaları” BMT-yə dünyanın 196-cı ölkəsi olmaq üçün müraciət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru