Ermənistan prezidenti Serj Sarkisyan general-mayor Artur Simonyanın Sülhməramlı qüvvələrin komandanı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Sakisyan digər bir sərəncamla, Vağinak Sarkisyanı Ermənistan silahlı qüvvələrinin baş qərargahının kəşfiyyat idarəsinin rəisi vəzifəsindən azad edərək, Sülhməramlı qüvvələrin briqada komandanı təyin edib. Vağinak Sarkisyanla 2017-ci il sentyabrın 30-dan etibarən, bir il müddətinə müqavilə imzalanıb.
Eyni zamanda Sarkisyan general-mayor Artak Davtyanın Ermənistan silahlı qüvvələrinin baş qərargahının operativ idarəsinin rəisi vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam da imzalayıb. Artak Davtyan Ermənistan silahlı qüvvələrinin beşinci ordu korpusunun baş komandanı təyin edilib.