Keçmiş hərbçi Ermənistanın müdafiə nazirini oğurluqda ittiham edir

29-09-2017, 15:10           
Keçmiş hərbçi Ermənistanın müdafiə nazirini oğurluqda ittiham edir
Ermənistanın Aştarak şəhərinin sakini, keçmiş döyüşçü Arsen Avedisyan artıq 7 aydır ki, hər cümə axşamı hökumət binasının qarşısında etiraz aksiya keçirir.

Ermənistanın “1in.am” nəşri yazır ki, keçmiş döyüşçü Ermənistan ordusunda baş verən qanunsuzluq və korrupsiyadan şikayət edir.

Onun sözlərinə görə, Ermənistan ordusu köhnə sovet bazasında formalaşıb və arsenalda yeni silahların olması haqda deyilənlər yalandır. Veteran döyüşçü iddia edir ki, yeni müdafiə naziri Vigen Sarkisyan büdcə pullarını oğurlamaqla məşğuldur.

Avedisyan qeyd edib ki, ön xətdəki erməni əsgərlərinə maddi yardım göndərilmir, orduda vəziyyət acınacaqlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru