Ukraynada hərbi təlim təyyarəsi qəzaya uğrayıb, iki pilot ölüb 29-09-2017, 17:16 Ukraynada L-39 hərbi təlim təyyarəsi qəzaya uğrayıb. APA-nın “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, Xmelnitsk vilayətində baş verən qəza nəticəsində təyyarədə olan iki pilot ölüb. Hadisə yerinə xilasedicilər və hərbçilər göndərilib. Qəza ilə bağlı araşdırma aparılır. Facebook-da paylaş