İranın xarici işlər naziri “Nobel Sülh Mükafatı”na real namizəddir –Oktyabrın 6 –da adlar açıqlanacaq

30-09-2017, 00:01           

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə komissarı Federika Moqerini “Nobel Sülh Mükafatı”na namizədlər siyahısında ön yerdə dayanırlar.

Hər iki siyasi xadim İranın nüvə proqramına dair razılaşmanın əldə olunmasında böyük xidmətlər göstərib.

“Norways News” agentliyinin məlumatına görə, İran ilə Qərb dövlətləri arasında nüvə anlaşması dünyada sülhün təmin olunması istiqamətində atılan böyük və səmərəli addımdır. Bu il “Nobel Sülh Mükafatı”na 318 namizədin adı irəli sürülüb. Onlardan 215 nəfər dünyada sülhün davamlı təmin olunması istiqamətində fəaliyyət göstəriblər. Qalan 103 namizəd isə sülh uğrunda mübarizə aparan müxtəlif təşkilatlardır.

“Nobel Sülh Mükafatı”na layiq görülənlərin adı oktyabrın 6-da Norveçin paytaxtı Oslo şəhərində keçirilən mərasimdə açıqlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru