Tereza Mey Rusiyanı ittiham etdi - Beynəlxalq düzəni pozmaqda

30-09-2017, 00:34           

Britaniyanın Baş naziri Tereza Mey Rusiyanı dünya düzənini pozmaqda ittiham edib.
«Rusiya məqsədli şəkildə ümumi qaydalara əsaslanan dünya düzənini pozur. Biz, öz müttəfiqlərimizlə birlikdə mövcud beynəlxaq sistemin müdafiəsinə qalxmaylıyıq» - deyə, Tereza Mey bəyan edib.
«Rusiyanın davam edən təcavüzü bizim Estoniyadakı, Litva, Latviya və Polşadakı qonşularımız üçün artan təhlükə yaradır. Bizim cavabımız dəqiq və birmənalı olmalıdır» – Britaniya hökumətinin başçısı əlaavə edib.
Onun sözlərinə görə, Britaniya «brekzit»dən sonra da Avropanın təhlükəsizliyinin təmin olunması məsələsində Avropa İttifaqı ölkələri ilə əməkdaşlıq edəcək.
«Birləşmiş krallıq istisnasız olaraq, Avropanın təhlükəsizliyinin təminatına sadiq qalır. Biz, bundan sonra da köməyimizi təklif edəcəyik və silahlı təcavüzə, terrorrizmə, təbii və ya texnogen fəlakətlərə məruz qalacaq Avropa İttifaqı ölkələrini dəstəkləyəcəyik» – deyə, Baş nazir xəbərdarlıq edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.