ABŞ-da ŞOK İSTEFA - Səhiyyə naziri də getdi

30-09-2017, 08:22           
ABŞ-da ŞOK İSTEFA - Səhiyyə naziri də getdi
ABŞ prezidenti Donald Tramp ölkənin Səhiyyə və sosial xidmətlər naziri Tomas Praysı vəzifəsindən azad edib.
APA-nın verdiyi xəbərə görə, ötən həftə T.Praysa qarşı çarter uçuşlarına büdcə vasitələrindən istifadə etdiyinə görə araşdırma başlanılmışdı.
Yoxlamalara “Politico” qəzetinin nazirin ABŞ ərazisində 26 dəfə fərdi təyyarələrdən istifadə etməsinə dair məqaləsi səbəb olub. Məlumata əsasən, nazirin uçuşları dövlətə 400 min ABŞ dollarına başa gəlib. Rəsmi olaraq nazir səfərlərini adi sərnişin reysləri ilə həyata keçirməli imiş. Məqalə dərc edildikdən sonra nazir bütün xərcləri büdcəyə ödəməyə hazır olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru