Kolumbiya prezidenti MAO üsyançıları ilə atəşkəs fərmanı imzalayıb

30-09-2017, 09:55           
Kolumbiya prezidenti MAO üsyançıları ilə atəşkəs fərmanı imzalayıb
Kolumbiya prezidenti Xuan Manuel Santos Milli Azadlıq Ordusunun (MAO) üsyançıları ilə atəşkəs haqqında fərman imzalayıb.
"Report" xəbər verir ki, bu barədə o, "Twitter"də yazıb.
"Mən oktyabrın 1-dən MAO qruplaşması ilə atəşkəs rejiminin tətbiqinə dair fərman imzaladım. Bu, MAO-nun bütün tarixi ərzində imzaladığı atəşkəs haqqında ilk qarşılıqlı sənəddir", — deyə Santos qeyd edib.
Sentyabrın 4-də Kolumbiya hökuməti və MAO üsyançıları atəşkəs barədə razılığa gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru