“Miçiqan Qarabağı erməni lobbisinin təzyiqi altında tanıyıb” - Ceyson Smart

30-09-2017, 14:59           
“Miçiqan Qarabağı erməni lobbisinin təzyiqi altında tanıyıb” - Ceyson Smart
ABŞ-ın hər hansı ştatı tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanınması Azərbaycanı heç cür narahat etməməlidir, çünki heç bir ştat inzibati vahid kimi federal hökumətin xarici siyasətinə qarışa bilməz.

Virtualaz.org xəbər verir ki, bunu əməkdaşımıza eksklüziv şərhində amerikalı politoloq Ceyson Smart deyib.

C.Smart əmin olduğunu qeyd edib ki. həmin qərar erməni lobbisinin təzyiqi altında verilib.

“Ştatlar ölkənin xarici siyasətini müəyyən etmək səlahiyyətinə malik deyillər. Bu prezidentin və ABŞ Konqresinin əlahiddə səlahiyyətidir. Azərbaycan ABŞ-ın regionda etibarlı dostu olaraq qalır”, - o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru