Dağıstanlı əsgər 3 rus əsgərini öldürdü, ikisini yaraladı

30-09-2017, 20:46           

Rusiyanın Amur vilayətində hərbçilərə hücum edən şəxs təşkil olunan əməliyyat zamanı öldürülüb.

Axar.az xəbər verir ki, Şərq Hərbi Dairəsinin komandanlığı cinayətkarın silahla müqavimət göstərdiyini açıqlayıb.

“Şərq Hərbi Dairəsinin terrorla mübarizə birləşmələrinin keçirdiyi xüsusi əməliyyat nəticəsində müqavimət göstərən şəxs ölümcül yara alıb”, - açıqlamada deyilir.

Hərbçilərə atəş açan şəxsin kimliyi də müəyyən edilib. Həmin şəxs Dağıstan respublikasından olan Həsən Əbdüləhədovdur. O, 2017-ci ilin sentyabr ayının sonuna qədər rabitə batalyonunda sürücü-elektrik kimi xidmətdə olub.

Qeyd edək ki, ötən gün Rusiyanın Amur əyalətində poliqonda təlim atışları zamanı əsgərlərdən biri silahı öz yoldaşlarına tərəf çevirərək atəş açıb. Hadisə nəticəsində bir zabit və əsgər dünyasını dəyişib, daha iki hərbi qulluqçu isə yaralı vəziyyətdə hospitala çatdırılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.