Qalmaqallı Saakaşvili üzr istədi, himn oxudu və şəhəri gəzməyə çıxdı - VİDEO

30-09-2017, 21:04           

Gürcüstanın keçmiş prezidenti, Odessanın sabiq qubernatoru Mixael Saakaşvili şəhərdə gəzintiyə çıxıb.

Cebhe.info xəbər verir ki, o, tərəfdarları ilə 20 dəqiqəlik görüş keçirib və şəhərdə islahatları sona qədər apara bilmədiyinə görə üzr istəyib. Bunu isə Kiyev rəhbərliyinin münasibətilə izah edib.

Saakaşvili tərəfdarlarını 17 oktyabrda Kiyevdə prezidentin impiçmenti tələbilə keçiriləcək aksiyaya dəvət edib. Sonra görüş iştirakçıları Ukrayna himnini oxuyub, Saakaşvili də himn oxunduqdan sonra tərəfdarlarilə şəhər gəzintisinə çıxıb.

Görüşdən əvvəl isə Saakaşvilinin tərəfdarları və əleydarları arasında qarşıdurma olub. Polis vəziyyətə müdaxilə edib və asayiş bərqarar olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru