İraq Kürdüstanının parlamenti Bağdadın fərmanlarına qarşı çıxıb

1-10-2017, 09:37           
İraq Kürdüstanının parlamenti Bağdadın fərmanlarına qarşı çıxıb
İraq Kürdüstanı parlamenti müstəqilliyə dair referendumun keçirilməsindən sonra İraq federal hökumətinin muxtariyyətə qarşı qəbul etdiyi bütün qərarları rədd edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Bağdadın fərmanlarına əməl etməmək barədə qərar yekdilliklə qəbul olunub.
Xüsusilə, bundan əvvəl İraqın Mülki Aviasiya İdarəsi Ərbil və Süleymaniyyə hava limanları arasında beynəlxalq aviaəlaqənin bağlandığını elan edib.
Sentyabrın 25-də İraq Kürdüstanında müstəqilliyə dair referendum keçirilib. Regionun yeni ölkə elan olunması lehinə seçicilərin 91 faizdən çoxu səs verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru