Ukraynanın Xarkov şəhərində 11 nəfərdən ibarət terrorçu qrup zərərsizləşdirilib

14-04-2015, 15:50           
Ukraynanın Xarkov şəhərində 11 nəfərdən ibarət terrorçu qrup zərərsizləşdirilib
Ukraynanın Xarkov şəhərində aprelin 12-13-də keçirilən xüsusi əməliyyat zamanı 11 nəfərdən ibarət diversiya qrupu yaxalanıb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbərinin müşaviri Markiyan Lubkisvski öz “Facebook” səhifəsində yazıb.

M. Lubkivski bildirib ki, SBU Odessada keçirdiyi əməliyyatdan sonra Xarkovda yerli prokurorluğun iştirakı ilə əməliyyat keçirib və 11 nəfərlik terrorçu qrup zərərsizləşdirilib: “Onlar şəhərdəki kommersiya banklarından birinin mərkəzi ofisini və Xarkov hərbi komissarlığının binasını atəşə tutmaqda, dəmir yolunda yanacaq çənini partlatmaqda, volontyorların ofisində partlayış törətməkdə ittiham olunur. Beləliklə, artıq törədilmiş terror və diversiya aktlarının üstünü açmaqla bərabər Xarkov şəhəri və vilayətində hazırlanan yeni terror aktlarının da qarşısı alınıb. Bütün saxlanılanlar 1968-1983-cü il təvəllüdlü Ukrayna vətəndaşlarıdır. Terrorçuların koordinatoru Xarkovdakı “Oplot” təşkilatının rəhbəri Yevgeni Jilin olub. Qrup üzvlərindən böyük silah-sursat arsenalı və diversiya törətmək üçün istifadə olunan vasitələr, o cümlədən “RPQ-7” qumbaraatanları, “MPO-A” reaktiv alovsaçan silah, “Kalaşnikov” avtomatları, “Draqunov” snayper tüfəngi, tapançalar, SPM taymer minaları, sistern və borularda partlayış və yanğın törətmək üçün diversiya minaları, qumbaralar, “plastid” partlayıcı maddəsi, külli miqdarda patron, istehkamçı ləvazimatları, soyuq silahlar aşkarlanıb. Bunların hamısı Ukraynaya qaçaqmal yolu ilə gətirilib. Xarkovda xüsusi əməliyyat davam edir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.