Bazar günü qiyamət qopacaq - ABŞ-dan ŞOK İDDİA

10-10-2017, 12:01           

ABŞ mətbuatı yeni iddia ilə çıxış edib.

teref.az Ölkə.az-a istinadən xəbər verir ki, mübahisəli X planetinin 15 oktyabr tarixində dünyamıza çox yaxınlaşacağı bildirilir. Bunun isə təbii fəlakətlərə səbəb olacağı iddia edilir.

ABŞ-da bir təriqət üzvü Devid Mid kainatda mövcudluğu isbat edilməyən X planetinin Yerə ən yaxın mövqedə olacağını bildirib. Mid planetin mövqeyinin zəlzələ, sunami və vulkan püskürmələrinə səbəb olacağını iddia edib. Bu iddiaların mətbuata sızması ABŞ-da böyük panikaya səbəb olub. Amma NASA mütəxəssisləri bu iddiaların yalan olduğunu bildirib.

Mid iddiasında bildirib ki, avqust ayında baş verən günəş tutulmasından sonra qasırğalar artıb. Bu isə fəlakətin ilk parıltıları və xəbərçisidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru