Türkiyədən İraq Kürdüstanına daha bir zərbə – İraqla ticarət Bərzaninin əlindən alınır

11-10-2017, 18:25           
Türkiyədən İraq Kürdüstanına daha bir zərbə – İraqla ticarət Bərzaninin əlindən alınır
Türkiyə-İraq arasındakı ticarət əlaqələrində Bərzaninin təsirini heçə endirmək üçün türk hökuməti fəaliyyətə keçib.
Avropa.info xəbər verir ki, İraq Kürdüstanı ərazisinə gedən Habur sərhəd-keçid məntəqəsinə alternativ olaraq Ovaköy sərhəd-keçid məntəqəsi hazırlanacaq. Bu məntəqənin hansı şəkildə olması isə baş nazir Binəli Yıldırımın səfəri zamanı məlum olacaq.
Yeni layihə ilə İraqla aparılan ticarətin böyük hissəsi Haburdan Ovaköyə köçürüləcək və türkmənlərin rifahının yüksəlməsinə kömək edəcək.
Yük aparacaq TIR-ların uyğun şəkildə park edə bilmələri üçün hər iki ölkə dayanacaqların tikintisinə başlayıb.
Bu qərar Habur sərhəd-keçid məntəqəsinin İraq hökumətinə təhvil verilməsi çağırışının nəticəsiz qalmasından sonra verilmişdi. Bağdad hökuməti yeni ticarət qovşağı kimi Ovaköy sərhəd-keçid məntəqəsini seçib.
Hələ də giriş-çıxışları hərbçilərin nəzarəti altında olan bu ərazidə hələ ki, lazımi infrastruktur yoxdur. Lakin Bağdad hökuməti ilə aparılan danışıqlardan sonra qarşılıqlı şəkildə qoyulacaq sərmayələrlə Ovaköy tezliklə aktiv hala gətiriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.