Tramp daxili təhlükəsizlik naziri vəzifəsinə namizəd irəli sürüb

12-10-2017, 08:37           
Tramp daxili təhlükəsizlik naziri vəzifəsinə namizəd irəli sürüb
ABŞ prezidenti Donald Tramp daxili təhlükəsizlik naziri postuna Kirsten Nilsenin namizədliyini irəli sürüb.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

45 yaşlı K.Nilsenin namizədliyini Senat təsdiq etməlidir.

K.Nilsen sabiq daxili təhlükəsizlik naziri Con Kellinin müavini olub. Daha sonra C.Kelli ilə birgə Ağ Evdə çalışıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp iyulda daxili təhlükəsizlik naziri, Hərbi-Dəniz Qüvvələrinin təqaüddə olan keçmiş generalı Con Kelli Con Kellini Ağ Ev aparatına yeni rəhbər təyin edib. Ondan əvvəl Ağ Ev aparatına Rins Pribas rəhbərlik edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru