ABŞ BMT konfransında iştirak edəcək Rusiya MN-nin nümayəndələrinə viza verməyib

13-10-2017, 08:33           
ABŞ BMT konfransında iştirak edəcək Rusiya MN-nin nümayəndələrinə viza verməyib
ABŞ BMT-də planlaşdırılan Rusiya-Çin birgə hərbi konfransda iştirak edəcək Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin üzvlərinə viza verməyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya MN nümayəndəsi Aleksandr Yemelyanov.

Qeyd edək ki, ötən gün BMT-də Rusiya və Çin hərbçilərinin ABŞ-ın yaratdığı qlobal raketdən müdafiə sisteminin təhlükələrinə həsr olunmuş brifinq keçirilib.

Aleksandr Yemelyanovun sözlərinə görə, brifinqdə Rusiya SQ Baş Qərargahının nümayəndə heyəti iştirak etməyi planlaşdırıb. Nümayəndə heyətinə SQ Baş Qərargahı rəisinin müşaviri general-leytenant Tretyakın rəhbərlik edəcəyi bildirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru