Kaliforniyada meşə yanğınları zamanı ölənlərin sayı 29 nəfərə çatıb
13-10-2017, 09:01
ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı ən azı 29 nəfərə çatıb. “Report” xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb. Bildirilir ki, təbii fəlakət minlərlə ev və ofisə ziyan vurub və ya onları məhv edib. Mətbuat bundan əvvəl 26 nəfərin öldüyünü xəbər vermişdi.