YUNESKO-nun baş direktoru dördüncü turda da seçilmədi

13-10-2017, 09:11           
YUNESKO-nun baş direktoru dördüncü turda da seçilmədi
YUNESKO-nun icra şurası səsvermənin dördüncü turunda yenidən təşkilatın yeni baş direktorunu seçə bilməyib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, səsvermənin növbəti turu cümə günü keçiriləcək.

YUNESKO-nun yeni rəhbəri vəzifəsinə üç ölkənin nümayəndələri iddia edir. Onlarını sırasında Fransanın sabiq mədəniyyət naziri Odri Azule, Misirin sabiq ailə və cəmiyyət məsələləri üzrə naziri Muşira Xəttab və Qətərdən olan diplomat Həməd bin Əbdüləziz əl-Kavari var.

Keçirilən səsvermədə Azule və Xəttab 18, əl-Kavari isə 22 səs toplaya biliblər. Lazımi 30 səsi isə heç bir namizəd toplaya bilməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.