Rusiyadan Trampın İranla bağlı qərarına ilk reaksiya

14-10-2017, 09:49           

ABŞ Prezidenti Donald Trampın İranın nüvə müqaviləsini bəyənməmək barədə qərarından dolayı təəssüf edirik.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov çıxış edib.

"Rusiya nüvə müqaviləsinə bağlılığını davam etdirir, müqaviləni qoruyur və müqavilə çərçivəsindəki məsuliyyətini yerinə yetirəcək. Bütün tərəfləri eyni davranışı nümayiş etdirməyə dəvət edirik", - Ryabkov vurğulayıb.

Xatırladaq ki, Vaşinqton İran rejiminin, xüsusilə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zərərli fəaliyyətinin maliyyələşdirilməsinə imkan verməyəcəyini elan edib və sözügedən təşkilatı qara siyahıya salıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru