“Microsoft” okeanın dibi ilə 6600 kilometr uzunluğunda kabel çəkdi

14-10-2017, 09:52           

"Microsoft" şirkəti Atlantik okeanının dibi ilə "Marea" adlı internet-kabelin çəkilməsi üzrə işləri başa çatdırıb. Yeni internet-kabelin buraxılış qabiliyyəti saniyədə 160 Tbit təşkil edir ki, bu da adi ev internet xəttinin orta sürətindən 16 milyon dəfə çoxdur. Bu barədə Azərtac məlumat yayıb.
Şirkətin yaydığı məlumata görə, ABŞ-ın Virciniya ştatının sahilini İspaniyanın Bilbao şəhəri ilə birləşdirən təxminən 6,6 min kilometr uzunluğunda və 4500 ton ağırlığında olan kabel okeanın dibi ilə çəkilib.
Yeni kabelin böyük buraxılış qabiliyyəti internet və "bulud" xidmətlərinə artan tələbatı təmin etməyə kömək edəcək. "Brookings"in araşdırmasına görə, 2020-ci ilədək 5 milyard nəfər internetə çıxış imkanına malik olacaq ki, bu da indiki göstəricidən təxminən iki dəfə çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru