Ermənilər etiraza qalxdı: Məntəqələr yandırıldı, işçilər döyüldü - FOTO

14-10-2017, 19:04           
Ermənilər etiraza qalxdı: Məntəqələr yandırıldı, işçilər döyüldü - FOTO
Ermənistanın Tavuş vilayətinin sakinləri Dilican və İcevan meşələrindən odun çıxara bilmədiklərinə görə etiraz aksiyaları keçirirlər.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sakinlər illərlə meşələrdə ağacları kəsərək satıblar.

Bir növ meşələr onların əsas gəlir mənbəyidir. Yeni qərara əsasən sakinlərin meşələrdən odun qırması qadağan edilib. Bu hal kəndlilər arasında etirazla qarşılanıb. Onlar çıxış yolunu aksiyalar keçirməkdə görüblər.

Məlumata görə Tavuşda vəziyyət kəskinkləşib. Etirazçılar “Pantera Security” təhlükəsizlik agentliyinə aid məntəqələrdən birinə hücum ediblər. Narazı sakinlər məntəqəni yandıraraq, işçiləri döyüblər.

Aksiyaların miqyasının genişlənəcəyi təqdirdə sakinlərlə polislər arasında toqquşmaların baş verəcəyi istisna edilmir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru