İŞİD silahlıları Rəqqanı girovlarlın əhatəsində tərk etməyi planlaşdırır

15-10-2017, 08:40           
İŞİD silahlıları Rəqqanı girovlarlın əhatəsində tərk etməyi planlaşdırır
İŞİD silahlıları Suriyanın Rəqqa şəhərini “diri qalxan” kimi istifadə etdiyi 400-dək girovlarla birlikdə tərk edəcək

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, silahlılar hazırda “Suriya Demokratik Qüvvələr” adlandırılan alyans tərəfindən mühasirəyə alınıblar. Onlara təslim olmaq təklif olunub.

Rəqqanın Mülki Şurasının nümayəndəsi Ömər Alluş bildirib ki, terrorçulara oktyabrın 15-i axşam saatlarında şəhəri tərk etməyə icazə verilib. Lakin Ö.Alluş qeyd edib ki, terrorçular “diri qalxan” kimi istifadə edəcəyi 400-dək girovu özləri ilə aparmaq niyyətindədir.
Şəhəri tərk etməyi planlaşdıran terrorçuların sayı açıqlanmır.

Son saatlarda Rəqqada 100-dək İŞİD üzvü təslim olub.
Sosial səhifələrdə paylaş












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru