Litvada gecə klubunda sərxoş NATO hərbçiləri arasında dava olub

15-10-2017, 08:41           
Litvada gecə klubunda sərxoş NATO hərbçiləri arasında dava olub
Litvada gecə klubunda NATO missiyasının almaniyalı hərbçiləri arasında dava olub.

APA-nın “Sputnik Deutschland”a istinadən verdiyi xəbərə görə, insident Rukla şəhərində baş verib.

Gecə saat 2 radələrində sərxoş hərbçilər arasında başlayan mübahisə dava ilə nəticələnib. Münaqişəyə yerli polis müdaxilə edib. Hərbçilərdən biri müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib, digərləri isə kazarmalara qaytarılıb.

Qeyd edək ki, Bundesver əsgərlərinin iştirakı ilə analoji insidentlər Litvada əvvəllər də baş verib. Belə ki, iyunda Yonava şəhərində hərbçilər arasında qarşıdurma nəticəsində 4 nəfər xəstəxanalıq olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru