Kataloniya prezidenti ciddi qərar qarşısında –Ona sabaha qədər möhlət verilib

16-10-2017, 05:48           

Kataloniya prezidenti ciddi bir qərar qarşısındadır. Qərar İspaniyanın separatçı hərəkatının kursunu müəyyən edəcək.

İspaniya hökuməti Çarlz Puiqdemonta bazar ertəsinədək möhlət verib.

Əgər Puigdemont Kataloniyanın müstəqilliyini elan etdiyini təsdiqləsə, Rahoy bir neçə gün ərzində İspaniya konstitusiyasının 155-ci maddəsindən isitfadə edərək, Kataloniyanın yarı-muxtar statusunu ləğv edəcək və region üzərində birbaşa nəzarətini elan edəcək.

Katalonların əksəriyyəti oktyabrın 1-də keçirilən referendumda İspaniyadan ayrılmaq lehinə səs verib. Puigdemont çərşənbə axşamı regionun parlamenti önündə etdiyi çıxışında Kataloniyanın müstəqilliyini elan edib, lakin separatçılar ilə Madrid höküməti arasında danışıqların aparılmasına imkan yaratmaq üçün müstəqilliyin həyata keçirilməsini bir neçə həftə təxirə salıb.

Bunun İspaniyaya təsirləri böyük olacaq. Kataloniya ayrılsa, ölkə iqtisadi məhsulunun beşdə birini, ixraclarının isə 25 faizini itirə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru