Kərkükdə İraq ordusu ilə “peşmərgə” dəstələri arasında toqquşma baş verib

16-10-2017, 08:28           
Kərkükdə İraq ordusu ilə “peşmərgə” dəstələri arasında toqquşma baş verib
Kərkükdə İrak hərbçiləri və “peşmərgə” kürd silahlı dəstələri arasında toqquşma baş verib.

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, bu barədə İraq Kürdüstanının Təhlükəsizlik Şurası məlumat yayıb.

Məlumata əsasən, qarşıdurma Kərkuk vilayətinin sənaye zonasında qeydə alınıb. Həmçinin vilayətin cənub bölgəsində tərəflər arasında artilleriya atışması baş verib. İtki barədə məlumat verilmir. Bundan əvvəl İraq ordusunun peşmərgə dəstələrinin nəzarəti altında olan ərazilərə daxil olması barədə məlumat yayılıb.

Xatırladaq ki, sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Seçicilərin 92 faizindən çoxu kürd muxtariyyətinin İraqdan ayrılmasını dəstəkləyib. Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib. Kərkük və kürd muxtariyyətinə bitişik bir sıra digər bölgələrə “peşmərgə” dəstələri nəzarət edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru