Baş nazirin offşor qalmaqalından yazan jurnalistin avtomobili partladıldı: FOTOLAR

16-10-2017, 21:48           
Baş nazirin offşor qalmaqalından yazan jurnalistin avtomobili partladıldı: FOTOLAR
Maltada avtomobilin partladılması nəticəsində yerli jurnalist xanım Dafna Karuna Qalitsia həlak olub.

PRESSDAY.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, partlayış oktyabrın 16-da gündüz Bidniidə qeydə alınıb.

Partlayış o dərəcədə güclü olub ki, avtomobil kiçik hissələrə parçalanıb, sürücünü meyiti isə tarlaya düşüb.

Partlayışa nəyin səbəb olduğu hələ ki məlum deyil.

Qalitsia bundan əvvəl yerli polisə hədələnməsi haqda şikayətlə müraciət edib.

Qeyd edək ki, Dafna Karuna Qalitsia ölkənin baş nazirinin də adı hallanan Panama dosyesi ilə bağlı özünün jurnalist araşdırmaları ilə məşhur idi.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru