Tramp: “ABŞ İraqdakı münaqişədə tərəf tutmayacaq”

17-10-2017, 08:31           
Tramp: “ABŞ İraqdakı münaqişədə tərəf tutmayacaq”
ABŞ prezidenti Donald Tramp ölkəsinin rəsmi Bağdadla İraqın kürd muxtariyyəti arasında yaranan münaqişədə tərəf tutmayacağını açıqlayıb.

APA-nın məlumatına görə, bu barədə Tramp keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, münaqişənin mövcud olma faktı ABŞ-ın xoşuna gəlmir.

Qeyd edək ki, İraqın baş naziri Heydər əl-İbadi bazar ertəsi Kərkük vilayətinə hökumət qoşunlarının yeridilməsi barədə əməliyyatın başlanılmasını elan edib. Kürd muxtariyyətinin hərbi birləşmələri şəhəri İŞİD terrorçularından aldıqdan sonra onu öz nəzarəti altında saxlayıb. Mübahisəli ərazi üstündə münaqişə kürd muxtariyyətinin müstəqilliklə bağlı referendum keçirməsindən sonra kəskinləşib.
[media=https://www.youtube.com/watch?v=JGVw1b34HCQ]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru