Kiyevdə atışma səsləri eşidilir – Saakaşviliyə siu-qəsd hazırlanıb?

18-10-2017, 00:19           
Kiyevdə atışma səsləri eşidilir – Saakaşviliyə siu-qəsd hazırlanıb?
Kiyevin mərkəzində – Ali Radanın qarşısında etiraz aksiyası başlayıb.

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, gürcü siyasətçi Mixail Saakaşvilinin 4000-dən çox tərəfdarı parlamentin buraxılmasını, yeni seçkilərin keçirilməsini və prezident Pyotr Poroşenkonun istefasını tələb edir.
Onların tələbləri sırasına həmçinin deputat toxunulmazlığının ləğvi, antikorrupsiya məhkəməsinin yaradılması, seçki qanunvericiliyinə dəyişikliklər edilməsi daxildir.
Mitinqdən əvvəl Odessanın eks-qubernatoru sensasion şəkildə Ukrayna hakimiyyətinin ona sui-qəsd təşkil etmək planı ilə bağlı açıqlama verib.
Əraziyə 3500 asayiş keşikçisi cəlb edilib. Etirazçıların sayının artacağı istisna olunmur.
Bu arada şəhərin Mariyinsk parkında atəş səsləri eşidildiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru