Venesuela Kanadadakı səfirini geri çağırıb

18-10-2017, 08:57           
Venesuela Kanadadakı səfirini geri çağırıb
Venesuelanın Kanadadakı səfiri Vilmer Barryentos Cənubi Amerika dövləti rəhbərliyinin qərarı ilə geri çağırılacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı öz "Twitter" mikrobloqunda respublikanın xarici işlər naziri Xorxe Arreasa yazıb.
"Bildirirəm ki, prezident Nikolas Maduro Kanadadakı səfirimiz Vilmer Barryentosu məsləhətləşmə üçün geri çağırmaq qərarına gəlib", - deyə XİN rəhbəri bildirib.
Bundan əvvəl elə həmin gün Kanadanın XİN rəhbəri Xristya Friland Venesuela hakimiyyətinin 15 oktyabr regional seçkiləri ilə bağlı narahatçılığını ifadə etmişdi. Onun fikrincə, seçkilər zamanı çoxsaylı qanun pozuntularına yol verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru