Pekində Çin Kommunist Partiyasının 19-cu qurultayı başlayıb

18-10-2017, 09:07           
Pekində Çin Kommunist Partiyasının 19-cu qurultayı başlayıb
Pekində dünyanın ən böyük siyasi partiyası olan Çin Kommunist Partiyasının 19-cu qurultayı başlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qurultayda ölkənin yeni ali rəhbərliyinin seçilməsi və partiya nizamnaməsinə dəyişikliklərin edilməsi nəzərdə tutulub.

Çin Kommunist Partiyasının qurultayı beş ildən bir keçirilir. Bu il qurultay 18-24 tarixlərində keçiriləcək. Oktyabrın 25-də 19-cu çağırış Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci plenumu keçiriləcək. Plenum Siyasi Büronun yeni tərkibini və Siyasi Büronun Daimi Komitəsinin tərkibini müəyyən edəcək.

Paytaxta ÇKP-nin 89 mln. üzvündən seçilmiş 2287 nümayəndə dəvət edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru