Soros “Açıq Cəmiyyət” fonduna 18 mlrd. dollar köçürüb
18-10-2017, 09:11
Amerikalı milyarder Corc Soros özünün yaratdığı “Açıq Cəmiyyət” fonduna təxminən 18 mlrd. dollar köçürüb. APA-nın “The New York Times”a istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın nümayəndələri bildiriblər.
Məlumata görə, “Açıq Cəmiyyət”, beləliklə, aktivlərinin həcminə görə ABŞ-ın ikinci ən böyük xeyriyyə fondu olub.