Ukrayna mətbuatı bildirir ki, Ujqorod ayaqqabı fabrikinin direktoru, Ukrayna erməniləri İttifaqının Zakarpatye vilayətində nümayəndəsi, daxili işlər naziri Avakovun biznes şəriklərindən biri, 54 yaşlı Andranik Nikoqosyan kabinetində tapançadan atılan bir neçə atəşlə öldürülüb. Sputnik-in hüquq-mühafizə orqanlarınına istinadən verdiyi məlumata görə 16 oktyabr saat 11 radələrində “Aparan” MMC-nin baş direktoru Andranik Nikoqosyanla ona hücum edənlər arasında kabinetində ölümündən əvvəl gərgin mübahisələr olub. Qatil yaxalanıb. Cinayətin motivləri hələlik məlum deyil.
Qeyd edək ki, Ukrayna daxili işlər naziri Avakovun Ukraynada böyük biznes şəbəkəsi və qanunsuz silahlı dəstələrinin mövcudluğu haqqında Ukrayna mətbuatında dəfələrlə yazılar dərc olunub. Moderator. az