Dünya Quraqlıq İttifaqı yaradıldı

20-10-2017, 08:22           
Dünya Quraqlıq İttifaqı yaradıldı
Qətərin paytaxtı Doxada Orta Şərq, Afrika, Asiyavə Amerikadan 18 ölkə nümayəndəsinin iştirakı ilə keçirilən beynəlxalq konfransda “Dünya Quraqlıq İttifaqı” yaradılması haqqında qərar çıxdı

Vision TV-nin məlumatına görə, ittifaqın başlıca məqsədi qida problemlərini tənzimləyəcək, beynəlxalq sülh və təhlükəsizliyi saxlamaq üçün böhran zamanlarında quraqlıqdan və aclıqdan əziyyət çəkən ölkələrə operativ müdaxilə edəcək mərkəz funksiyasını icra etməkdir. Bu məqsədlə ittifaqın başlıca vəzifəsi quraqlığın pəncəsində olan ölkələrdə qida yardımlarının təhlükəsizliyini təmin etməkdir.

Konfransda çıxış edən Qətər baş naziri Abdullah ibn Nasir ibn Xəlifəəl-Saniyə görə, bu istiqamətdə ilk təşəbbüs 2013-cü ildə BMT-nın 68-ci qurultayında atılıb. İttifaq qarşıdakı ilk iki il ərzində əməliyyat xərclərini və mərkəzi idarənin iş prinsiplərini həlledəcək. İlkin mərhələdə bütün xərclər Qətər tərəfindən qarşılanacaq.

Başnazirəl-Sani ittifaqın məqsədinin bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq quruluşlarla rəqabət olmadığını, əksinə onlarla danışıqlar içində daha aktiv çalışma prinsiblərinə nail olmaqdır hədəfin ise çdiklərini– deyib.Konfransda ittifaq sənədini imzalayan 18 ölkədən bəhsedilsə də, onların adı indilik mətbuata açıqlanmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.