Cakartada partlayış: 47 ölü - 35 nəfər yaralanıb

26-10-2017, 22:14           

İndoneziyanın paytaxtı Cakartdakı pirotexniki vasitələrin hazırlandığı fabrikdə güclü partlayışlar baş verib.

ATV.az AFP-yə istinadən bildirir ki, nəticədə azı 47 nəfər həyatını itirib. Daha 35 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan bir çoxunun vəziyyəti ağır olduğundan, tələfat sayının artacağı istisna deyil. Bildirilir ki, tikilidə əvvəlcə ardıcıl iki partlayış, 3 saatdan sonra isə daha bir partlayış qeydə alınıb. Ardınca isə güclü yanğın başlayıb. Bu üzdən xilasedicilər işçilərə kömək etməkdə çətinlik çəkib. Axtarış işləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru