Almaniya Kataloniyanın müstəqilliyini tanımadığını bəyan edib 27-10-2017, 22:07 "Almaniya hökuməti Kataloniyanın müstəqilliyini tanımır". "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib. "İspaniyanın suverenliyi və ərazi bütövlüyü toxunulmazdır. Federal hökumət bu cür müstəqilliyi qəbul etmir", - Ş.Zaybert "Twitter" səhifəsində yazıb. Facebook-da paylaş