Dünyanın ən zəngin adamı dəyişib

28-10-2017, 09:40           
Dünyanın ən zəngin adamı dəyişib
ABŞ-ın “Amazon” şirkətinin yaradıcısı Ceff Bezos dünyanın ən zəngin adamına çevrilib.

APA-nın xəbərinə görə, bu barədə “Bloomberg” və “Forbes” məlumat verib.

“Amazon”un səhmlərinin qiymətinin kəskin artması C.Bezosa “Microsoft”un təsisçisi Bill Geytsi üstələməyə imkan verib. Son sutka ərzində “Amazon”un səhmlərinin qiyməti 10%, 53-yaşlı sahibkarın sərvəti isə 10 milyarddan çox artıb.

“Forbes”un hesablamalarına əsasən, hazırda С.Bezosun sərvəti 93,1 milyard təşkil edir, “Bloomberg” isə bu rəqəmin 93,8 milyard olduğunu bildirir. Qeyd edək ki, “Amazon” dünyada İnternet vasitəsi satışlar həyata keçirən ən irimiqyaslı portaldır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru