İraq Kürdüstanı parlamentinin yaxınlığında atışma

30-10-2017, 00:35           
İraq Kürdüstanı parlamentinin yaxınlığında atışma
Ərbil şəhərində, İraq Kürdüstanı parlamentinin yaxınlığında atışma baş verib.

"Sky News Arabia” telekanalının məlumatına görə, Məsud Bərzaninin tərəfdarları parlamentə hücum edib. Muxtariyyətin güc strukturları hücumun qarşısını alıb.

RİA Novosti agentliyinin xəbərinə görə isə, İraq Kürdüstanı parlamentinin mətbuat katibi yayılan məlumatın şayiə olduğunu bildirib.

Qeyd edək ki, bu gün İraq Kürd Bölgə Muxtariyyətinin rəhbəri Məsud Bərzani istefa verib. M. Bərzaninin istefa barədə məktubu muxtariyyət parlamentinin qapalı toplantısında oxunub. M. Bərzani noyabrın 1-də başa çatan səlahiyyət müddətinin uzadılmasını qəbul etməyəcəyini vurğulayıb.(APA)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.