Rumıniyada prezident seçkilərinin ikinci turu üçün səsvermə başlayıb

Bu gün, 09:42           
Rumıniyada prezident seçkilərinin ikinci turu üçün səsvermə başlayıb
Rumıniyada prezident seçkilərinin ikinci turu üçün bütün məntəqələrdə seçki məntəqələri açılıb, bazar günü ölkə sakinləri növbəti beş il üçün dövlət başçısını seçəcəklər.

Birinci tur mayın 4-də baş tutub və səslərin əksəriyyətini “Rumınların Birləşməsi Uğrunda Alyans” (AUR) millətçi partiyasının lideri Corc Simion 41 %, Buxarestin meri Nikuzor Dan isə 21 % toplayıb.

Saat 7:00-da (Bakı vaxtı ilə 08:00 - red.) Rumıniyada 19 minə yaxın seçki məntəqəsi işə başlayıb. Xaricdə yaşayan Rumıniya vətəndaşları üç gün ardıcıl səs verirlər. Onlar üçün mayın 16-da seçki məntəqələri açılıb.

Rumıniya qanunlarına görə, prezident seçkilərinin qalibi siyahılara daxil edilmiş seçicilərin yarıdan çoxunun səsini toplayan namizəddir. Seçki məntəqələri saat 21:00-da bağlanacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.