Trampın impiçmenti: Müxalifət israrlıdır

16-11-2017, 23:05           
Trampın impiçmenti: Müxalifət israrlıdır
Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trampın impiçment məsələsi yenidən gündəmə gəlib.Belə ki, Demokratlar Partiyasının bir qrup nümayəndəsi noyabrın 15-də ABŞ Konqresində yenidən ölkə prezidenti Donald Trampın impiçmentinə dair təklif irəli sürəcək.“Cümhuriyət” qəzeti xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.Məlumata görə avqustda eyni təşəbbüslə çıxış etmiş Nümayəndələr Palatasının Tennessi ştatından üzvü Stiv Koen prezidentə qarşı yenidən bir neçə ittiham irəli sürmək niyyətindədir.S.Koen Trampı Virciniyada ultrasağçı və solçular arasında ölümlə nəticələnən toqquşmalara yetərincə reaksiya verməməkdə ittiham edir.

Məlumata görə, İllinoys ştatını təmsil edən Luis Qutyerres adlı demokrat K.Koeni dəstəkləyəcəyini bəyan edib.Xatırladaq ki, bir müddət öncə də Demokratlar Partiyasının nümayəndələri Konqresdə ABŞ prezidentinin impiçment məsələsini gündəmə gətirmişdi.Ancaq yekun olaraq heç bir nəticə əldə olunmamışdı.Maraqlıdır, bu dəfə necə olacaq? Demokratlar Trampın impiçmentinə nail ola biləcəklərmi?

“Cümhuriyət” qəzetinə şərhində politoloq Nəzakət Məmmədova deyib ki, bu Demokratlar Partiyasının deyil, bir neçə konqresmenin fikridir. N.Məmmədova bildirib ki, prezidenti məcburi istefaya göndərmək çox çətin prosesdir:

“ABŞ Konqresində bildiyimiz kimi bir neçə demokrat konqresmenin təşəbbüsü ilə Trampın impiçmenti məsələsinin müzakirəyə çıxarılması gözlənilir. Əsas ittihamlar sırasında Federal Təhqiqatlar Bürosu direktorunun vəzifəsindən azad edilməsi, prezidentin xüsusilə, miqrantlara qarşı ksenofobiya, irqçilik, dözümsüzlüklə yanaşmasını müdafiə etməsi, habelə, Virciniya ştatında ultrasağçılarla ultrasolçular arasında toqquşmalara göz yumması və s. göstərilir. Lakin bu prosesin reallaşması heç də inandırıcı deyil.Əvvəla bu ümumilikdə Demokrat Partiyasının mövqeyi yox, bir neçə konqresmenin öz təşəbbüsüdür.Demokratların rəhbərliyi buna qarşı çıxır.Eləcə də Respublikaçılar özləri də təbii ki, Trampı müdafiə edirlər.Odur ki, bəri başdan qeyd edim ki, bu təşəbbüsün hazırda reallaşması heç də inandırıcı görünmür.Bundan başqa, prezidentə rəsmi etimadsızlıq göstərilməsi çox ciddi məsələdir və konstitusiya ilə tənzimlənir.Eyni zamanda, çox mürəkkəb bir prosedurdur.Yəni konqresdə dövlət başçısına rəsmi etimadsızlıq təşəbbüsünün qəbul olunması üçün Nümayəndələr Palatasında məhkəmə prosesi keçirilməlidir, daha sonra isə Senatın üçdə iki hissəsi bu qərarı dəstəkləməlidir.Yalnız bundan sonra prezident məcburi qaydada istefaya göndərilə bilər”.


Ekspert Konqresdə Trampla bağlı ciddi müzakirələrin olacağına da inanmadığını deyib. N.Məmmədova hesab edir ki, bu sadəcə olaraq siyasi elitanın Trampa təzyiq vasitəsidir:

“Amerika tarixində bir neçə dəfə olub ki, prezidentin Nümayəndələr Palatasında impiçmenti məcburi qaydada istefaya göndərilməsi qərarı verilib, lakin sonradan Senat bu qərarı ləğv edib. Yaxud prezident görəndə ki, onu impiçment gözləyir və həm Nümayəndələr Palatası, həm Senat bu qərarı dəstəkləyə bilər, o özü könüllü şəkildə istefa verib.Bu, 1974-cü ildə istefa verən Nikson olub.Lakin ABŞ tarixində prezidentin impiçmenti hadisəsi baş verməyib.Doğrudur, Amerika kimi bir dövlətin mövcud olduğu 240 ildə cəmisi 20-yə yaxın impiçment hadisəsi baş verib.Lakin bu, prezidentlərə aid olmayıb.Daha çox nazirlər, hakimlər, senatorlar impiçmentə məruz qalıblar.İndiki şəraitdə isə bu prosesin baş tutacağı ümumiyyətlə, inandırıcı görünmür.

Bunun məqsədi siyasi elitada təmsil olunan bəzi şəxslərin, maraq qruplarının Trampa xəbərdarlıq etmək, ona təsir göstərmək istəyi ola bilər. Lakin bu təşəbbüsü ümumilikdə Demokratlar və Respublikaçılar arasında qarşıdurma kimi qiymətləndirmək doğru olmaz.ABŞ siyasi sistemi kifayət qədər dayanıqlıdır və çox ciddi bir səbəb olmadıqca prezidentin nəinki məcburi qaydada istefaya göndərilməsi, hətta bu məsələnin ciddi bir şəkildə Konqresdə geniş müzakirəsi belə ağlabatan deyil”.

Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.