Ukrayna ordusu bu əraziləri azad etdi – Qəfil hücum

22-11-2017, 19:05           
Ukrayna ordusu bu əraziləri azad etdi – Qəfil hücum
Ukrayna ordusu təmas xəttinin Svetlodarsk rayonunda Luqansk separatçılarına hücuma keçib.

Axar.az xəbər verir ki, bu barədə ukraynalı könüllü Yuri Mısyagin Feysbuk hesabında yazıb.

“Hərbi birləşmələrimizin qəfil hücumu nəticəsində bir neçə küçə azad edilib, həmçinin bir neçə strateji əhəmiyyətli yüksəkliklərə nəzarət ələ keçirilib. Bu əməliyyat nəticəsində bizdə artıq uğurla möhkəmlənə bildiyimiz bir neçə kvadrat kilometr ölçüsündə yeni mövqelər meydana gəldi”, - Mısyagin yazıb.

O, həmçinin, hücum əməliyyatında 54-cü briqadanın və “Aydar” hücum taborunun şəxsi heyətinin iştirak etdiyini bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.