Yaponiyanın xarici işlər naziri Rusiyaya rəsmi səfərə gəlir

23-11-2017, 07:34           
Yaponiyanın xarici işlər naziri Rusiyaya rəsmi səfərə gəlir
Yaponiyanın xarici işlər naziri Taro Kono Rusiyaya rəsmi səfərə gəlib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, səfər zamanı ikitərəfli münasibətlərin inkişafına dair danışıqların aparılması gözlənilir.

Həmçinin, KXDR nüvə probleminin də müzakirə olunacağı bildirilir.

Bundan əlavə, Yaponiyanın Xarici işlər naziri noyabrın 24-ü Rusiyalı həmkarı ilə də görüşəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.